css menu by Css3Menu.com




    

 


Naxçıvanın
Görkəmli Şəxsiyyətləri

      
Əsgərov Bəxtiyar Hüseynalı oğlu
Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyinin Rəhbəri

1981-cı ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur.

2002-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.

2001-2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004- 2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır.

2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır.

2010-cü ildə "M.S.Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi “XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi” adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır.

2005-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini(Respublika üzrə) vəzifəsinə secilmiş, bu vəzifəni böyük Heydər Əliyev ideyaları və partiya prinsiplərinə müvafiq olaraq ləyaqətlə icra etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səlahiyyətli nümayəndəsi, respublika üzrə kecirilmiş Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumda vəkil kimi fəaliyyət göstərmişdir.

28 fevral 2014-cü ildən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə rəhbərlik edir.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir.

İngilis,rus və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

Telefon: (+99412) 5660122

email: baxtiyar.asgerov@mail.ru


Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player


   

   


   





Besucherzahler femmes russes a marier
счетчик посещений

Copyright © 2014 - 2017
The Representation of the Nakhchivan Autonomous Republic
at Baku © All Rights Reserved


Webmaster Elshan Nasirov