css menu by Css3Menu.com




    

 


Naxçıvanın
Görkəmli Şəxsiyyətləri

Naxçıvanın Muxtar Respublikasının
Kütləvi İnformasiya Vasitələri

Naxçıvanda radio 1932-ci ildə qovşaq kimi fəaliyyət göstərmiş, 1936-cı ildən isə Muxtar Respublikanın ərazisində tam yayımlanmağa başlanmışdır.

Televiziya 1963-cü ildən müstəqil kanal kimi Muxtar Respublika (MR) ərazisində və ondan kənarda yayımlanır.

Naxçıvan şəhərində Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-televiziya Ötürücüsü Mərkəzinin nəzdində isə «Kanal-35» televiziyası fəaliyyət göstərir. 2004-cü il iyulun 14-də yaradılmış «Kanal-35» televiziyası öz verilişlərini səkkiz saat elmi-publisist proqramla muxtar respublika ərazisinə yayımlayır.

2001-ci il sentyabr ayının 19-dan fəaliyyətə başlayan «Naxçıvanın səsi» radiosu 100.6 FM dalğasında on altı saat ərzində Muxtar Respublikanın (MR) bütün bölgələrində yayımlanır.

«Şərq qapısı» 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (NMRAM) və Nazirlər Kabinetidir.

Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan «Nuh yurdu» qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.

Bundan başqa, Naxçıvan şəhərində Azərbaycan televiziyasının və radiosunun proqramları, «Lider», «Space» və «ANS» televiziyaları, Türkiyənin TRT və Rusiyanın ORT televiziyaları da yayımlanır.

Azərbaycan Respublikasının rəsmi qəzetləri olan «Azərbaycan», «Yeni Azərbaycan», «Xalq», «Respublika» qəzetləri, digər mətbu orqanlar («İki sahil», «Ekspress», «Zaman», «525-ci qəzet» və s.) Naxçıvan şəhərində abunəçilərə çatdırılır və yayılır.

4 dekabr 2013-cü il tarixində isə Naxçıvanda ilk müstəqil mətbuat orqanı kimi "Birja-N" qəzeti dövlət qeydiyyatına alınmışdır. "Birja-N" qəzeti Naxçıvan Muxtar Respublikasının 90-illik Yubileyi münasibəti ilə yaranmış və 15 iyun 2014-cü il tarixində, Milli Qutrtuluş Günündə ilk buraxılışı ilə geniş oxucular auditoriyasına təqdim edilmişdir.

Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player


   

   





Besucherzahler femmes russes a marier
счетчик посещений

Copyright © 2014 - 2018
The Permanent Representation of the Nakhchivan Autonomous Republic
in Baku © All Rights Reserved


Webmaster Elshan Nasirov